Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Leyboristlər Partiyasının lideri Britaniyada sosializmi bərpa edəcəyinə söz verib

Böyük Britaniyanın Leyboristlər Partiyasının lideri Ceremi Korbin sosializmin daha effektiv olmasının sübuta yetirildiyini və buna görə hakimiyyətə gələcəyi təqdirdə sosialist prinsiplərinə əsaslanan bir dövlət yaratmağa çalışacağını bildirib.

“TASS” agentliyi xəbər verir ki, o bunu Baş Nazir və hakim Mühafizəkarlar Partiyasının lideri Boris Consonla seçkiqabağı teledebat zamanı deyib. 12 dekabrda keçirilməsi planlaşdırılan erkən parlament seçkiləri öncəsi ən son debat “BBC” telekanalında yayımlanıb.

“Sosializm demokratik bir şəkildə həyata keçirildiyi zaman bu ölkədə, Skandinaviya və başqa yerlərdə əhalinin ən kasıb təbəqələrinin həyat səviyyəsini yaxşılaşdırıb”, - deyə Korbin qeyd edib və bu fikirlərinə “ümumi rifah” dövlət prinsipini elan edən, kömür, polad, qaz sənayesini milliləşdirən, dəmir yollarını, elektrik enerjisi sektorunu dövlətin nəzarəti altında cəmləşdirən və Milli Səhiyyə Sistemini yaradan Klementa Ettlinin (1945-1951) leyborist hökumətini misal gətirib: “Bizim leyborist hökumətimiz bunu yenidən edəcək”.

Baş Nazir Boris Conson da öz növbəsində kapitalizmi müdafiə edib: “Deyərdim ki, canlı bazar iqtisadiyyatının həyati əhəmiyyətini dərk edən Mühafizəkarlar Partiyası bütün ölkələrə yaxınlaşmanın, fantastik icma xidmətlərinə görə pul ödəməyin və cəmiyyətimizin ən kasıb və ehtiyaclı üzvlərinə kömək etməyin yeganə yoludur. Kapitalizmə edilən hücumlar tamamilə mənasızdır”.(apa)

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »