Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici dil öyrənməyin 9 vacib qaydası

Dmitri Petrov təkcə Rusiyanın yox, dünyanın ən bacarıqlı poliqlotlarından sayılır. “Kultura” kanalının “Poliqlot” verilişinin aparıcısı 30-dan çox dildə danışır.

Dmitri Petrov

Bizimyol.info xəbər verir ki, Petrov xarici dil öyrənməyin 9 vacib qaydasını qeyd edib. Siz də tanış ola bilərsiniz.

1 – Uşaqların keçdiyi yolu getmək. Böyüklərlə diqqətlə qulaq asırlar, sözləri təkrar edirlər. Dili yavaş-yavaş mənimsəyirlər.

2 – Öyrənmə üsulunu müəyyənləşdirmək. Hər kəs eyni metodla öyrənə bilməz. Əvvəlcə müəyyənləşdirməlisiniz ki, sizə necə rahatdır.

3 – Nəfəsə nəzarət etmək. Bir növ sakit nəfəs almaq, az həyəcanlanmaq.

4 – Daim məşğul olmaq. Hər gün 2 saat məşğul olmaq lazımdır. Vaxtınız yoxdursa, heç olmasa, 10-15 dəqiqə.

5 – Obrazlardan istifadə etmək. Yəni müşahidələr çox vacibdir.

6 – Dil daşıyıcısı ilə ünsiyyət. Çox vacib amildir. Dil daşıyıcısı sizi çox inkişaf etdirə bilər.

7 – Söz ehtiyatını artırmaq. Əslində, daim artırmaq nəzərdə tutulur. Əlbəttə, 300-400 sözlə də keçinmək mümkündür. Amma hər gün yeni sözlər öyrənmək sizi başqa mərhələyə çatdırar.

8 – Ünsiyyətdən qorxmamaq. Qorxmalı heç nə yoxdur. Qorxursunuzsa, dili öyrənə bilməyəcəksiniz.

9 – Dili gerçəkdən sevmək. Bu, bəlkə də, birinci yerdə dayanmalı şərtdir. Sevgi çox köməyinizə gələr, dərslər də darıxdırıcı olmaz.

Son xəbərlər
Bütün xəbərlər »