Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Barselona” ilə “Real” İspaniya, “Liverpul” İngiltərə çempionatında çıxış etməyə bilər: Superliqa ideyası ortaya çıxıb

UEFA avrokuboklarla bağlı dəyişikliklər etmək istəyir. Böyük klublar isə daha kəskin dəyişiklik tərəfdarıdır.

Bizimyol.info xəbər verir ki, “Real”ın prezidenti Florentino Peres Superliqa ideyasını ortaya atıb.

Florentino Perez Florentino Perez, "Real Madrid" klubunun prezidenti

O bu haqda FİFA prezidenti Canni İnfantino ilə də danışıb.

Canni İnfantino

Peres hərəsi 20 klubdan ibarət iki divizionun tərəfdarıdır. Bu divizionlarda yalnız İspaniyanın, İngiltərənin, İtaliyanın, Fransanın və Almaniyanın ən güclü klubları oynayacaq. Yarışlar bütün mövsümü əhatə edəcək. Buna görə də divizion təmsilçiləri millli çempionatlarda oynamayacaq. Təbii ki, divizionlarda yuxarı liqaya yüksəlmək və ya buranı tərk etmək sistemi olacaq.

Böyük klubların təklifə müsbət yanaşdığı bildirilir. Çünki gəlirlər azı iki dəfə artacaq. FİFA VƏ UEFA hələlik ortaya konkret mövqe qoymağa tələsmir.

Son xəbərlər
Bütün xəbərlər »