Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azər Badamov: “Mən partiyanın əsgəriyəm”

Azər Badamov: “Hər şey YAP-ın etimadından asılıdır

Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda sərəncam imzalalandı və seçki günü 2020-ci il fevral ayının 9-na təyin olundu.

Bununla bağlı seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra namizədlər irəli sürülə bilər.

Millət vəkili Azər Badamov “Bizimyol.info”-nun “ Təkrar parlament seçkillərində namizədliyinizi verəcəksinizmi?” sualına cavabında deyib ki, hər şey üzvü olduğu partiyanın etimadndan asılıdır:”

“Millət vəkili olmaq şərəfli və məsuliyyətli bir vəzifədir. Bu mandatı qazanmış şəxslərin vətənpərvərliyi, biliyi, əxlaqı, mədəniyyəti, dünyagörüşü yüksək olmaqla cəmiyyətə nümunə olmalıdırlar. Millət vəkili hökumətlə seçici arasında bir körpü olmaqla daima seçicilərin problemlərini öz şəxsi problemləri kimi qəbul etməyi bacarmaqla insanların etimadını doğrultmalıdır. Düşünürəm ki, yeni seçiləcək parlamentin seçimində seçicilər bu kriteriyaları nəzərə alaraq səs verəcəklər. Qarşıdan gələn seçkilərdə namizəd olub-olmayacağımla bağlı bildirmək istəyirəm ki, mən təmsil olunduğum Yeni Azərbaycan Partiyasının etimadıyla namizədliyimi irəli sürüb seçilmişəm. YAP daim öz üzvü olan deputatların fəaliyyətlərini təhlil edir və növbəti seçkilərdə nəzərə alaraq kimlərə yenidən etimad göstərəcəyini açıqlayır. Biz YAP-ın əsgərləriyik. Əgər təmsil olunduğum YAP yenidən mənə növbədənkənar seçkilərdə etimad göstərərsə, namizədliyimi irəli sürəcəyəm”.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Son xəbərlər
Bütün xəbərlər »