Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda maraqlı məktəb - Dərsə hamı velosipedlə gəlir
Velosiped

Balakən rayonunun İtitala kəndində fəaliyyət göstərən tam orta məktəb başqalarından bir balaca fərqlənir.

Bizimyol.info İctimai TV-yə istinadən xəbər verir ki, məktəbin bütün şagirdləri dərsə velosipedlə gəlirlər. Hər sinifdə oxuyan şagirdlərin ayrıca velosiped durağı olduğu üçün qarışıqlıq yaranmır. İlk növbədə sağlamlıq üçün nəzərdə tutulsa da velosipedə olan həvəs oğlanı, qızlı bütün şagirdlərin dərsə davamiyyətinə müsbət təsir edib.

Məktəb direktoru Məhəmməd Musayev deyir ki, uşaqlar velosipedlə dərsə gələrkən həm idman edir, dərsə gecikmir vaxta qənaət etmiş olurlar. Kənd sakinləri də bu halı məmnunluqla qarşılayırlar. Artıq dərsə velosipedlə gəlmək ənənəsi müəllimlər arasında da yayılıb.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Naxçıvanda Türkiyə qırıcılarının Yerevana yaxınlaşması Rusiyada narahatlıq yaradıb
››› Azərbaycanda karantin rejiminin yumşaldılması barədə qərar verildi
››› Erməni diasporu rusları Putinə qarşı qalxmağa çağırdı - Video
››› Bakıda sakinlər etiraz edir - Video
››› TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət etdi
Son xəbərlər
Bütün xəbərlər »