Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Poroşenkodan Zelenskiyə məsləhət: "Putinlə təkbətək görüşmə!"

Ukraynanın keçmiş Prezidenti Pyotr Poroşenko Parisdə keçiriləcək qarşıdan gələn “Normand formatı” (Fransa, Almaniya, Rusiya Federasiyası və Ukrayna) sammitinə görə narahat olduğunu açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, Poroşenko həmçinin Ukrayna Prezidenti Vladimir Zelenskiyə Rusiya lideri Vladimir Putinlə təkbətək görüşməməyi məsləhət görüb.

“Ən vacib məsləhət: Putinə güvənməmək... Putinlə göz-gözə görüşdən qaçmağı məsləhət görərdim”, - Poroşenko bildirib.

Keçmiş prezident, həmçinin, Zelenskiyə “qaz məsələsi”ni “Normand sammiti”nin ümumi gündəliyinə salmamağı tövsiyə edib. Onun fikrincə, sözügedən məsələ Ukraynanın razılaşmalar zamanı mühüm güzəştlər etməsinə səbəb ola bilər.

Son xəbərlər
Bütün xəbərlər »