Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli simvolumuz olan möhtəşəm saray tezliklə istifadəyə veriləcək

Tezliklə Bakıda daha bir ticarət əyləncə mərkəzi (TƏM) açılacaq. Xəzər sahilində, bulvarda tikilən yeni TƏM 120 min kvadrat metr əraziyə malikdir.

Bizimyol.info xəbər verir ki, Caspian Waterfront-un rəsmi açılışı 2020-ci ilin fevral yaında baş tutacaq.

Biananın layihə və dizayner işlərini Tim Karranın rəhbərlik etdiyi Chapman Taylor şirkəti həyata keçirib.

Layihə hələ 2007-ci ildə irəli sürülsə də, 2014-cü ildə icrasına başlanılıb. Dizaynda bayrağmızda və gerbimizdə əksini tapmış 8 guşəli ulduz təsvirindən istifadə edilib. Bu bina bir növ milli simvolumuzdur.

Öncə konqress mərkəz kimi istifadəsi nəzrədə tutulsa da sonda təyinat dəyişdirilib. 8 ləçəyin hər birində müxtəlif tədbirlərin keçirilməsi üçün zalların hazırlanması planlaşdırılmışdı. İndi Caspian Waterfront Azərbaycanın ən böyük əyləncə mərkəzi olacaq

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »