Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücülərə saxta parklanma vərəqəsi verilir – Foto

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Füzuli küçəsinin sakinlərinə avtomobillərinə xüsusi parklanma vəsiqəsinin verilməsini təkzib edib.

Bizimyol.info xəbər verir ki, bu gün sosial şəbəkədə bir avtomobil BNA-nın loqosu olan buraxılış vərəqəsinin vurulduğu görünürb.

Yayılan məlumata görə, həmin parklanma vərəqəsi sakinlərin yaşadığı ərazidə avtomobilini saxlamasını, durmasını və parklanma etməsini qadağan etmir.

Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev Bizimyol.info-ya bilddirib ki, agentlik adından verildiyi iddia olunan xüsusi parkalnma vəsiqəsi saxtadır.

“Biz bir neçə dəfə belə hallara rast gəlmişik. Kustar üsulla hazırlanmış parklanma vərəqəsinin hüquqi əsası yoxdur. Vətəndaşlar bu bildirişləri hazırlayan şəxslərə etibar etməsinlər. Bu elan imkan vermir ki sürücü dayanma və durma qaydası pozsun, ya da parklanma eləsin”,-deyə M.Ağayev bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »