Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Divara yapışdırılmış banan 120 min dollara satıldı

ABŞ-da, üzərində yapışqan lent ilə divara yapışdırılmış banan təsvir olunan sənət əsəri 120 min dollara satılıb.

Bizimyol.info xəbər verir ki, İtalyan heykəltəraş Maurizio Kattelanın "Komediya" adlandırdığı bu əsər, Miyamidə təşkil olunmuş "Art Basel" sərgisində satışa çıxarılıb. Sənətçinin üç "Komediya" əsərindən ikisi 120 min dollara satılıb, üçüncüsünə isə 150 min dollar qiymət qoyulub. Kattelanın əsəri ilə birlikdə alıcılarına təqdim etdiyi "orijinallıq sertifikatı"nda alıcıların çürüyən bananı dəyişdirə biləcəkləri qeyd olunub.

Uzun müddət "Komediya" əsərinin ideyasının üzərində işləyən sənətçinin əsərini satışa çıxaran fransız sərgi sahibi Emmanuel Perrotin onun bananı təsvir etmək üçün digər materiallardan istifadə etdiyini, lakin istədiyi nəticəni əldə edə bilmədiyini vurğulayıb: "Sonda o, əsl banan istifadə etmək qərarına gəldi. Əvvəl zarafat kimi görünən bu fikir, sonradan, bir addım geriyə gedib bir də düşündükdə başqa məna verir. Banan həm ticarətin simvolu, həm də komediyanın klassik nümunəsidir. Əsərdə tənqid və mizah birləşib".

Xatırladaq ki, qeyri-adi işləri ilə tanınan italiyalı sənətçi Maurizionun yaratdığı 6 milyon dollar qiymətində olan "Qızıl unitaz" ("Amerika" əsəri) sentyabr ayında İngiltərənin Blenhem sarayından oğurlanıb.

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »