Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bahar Muradova: "YAP-ın seçkilərdə hansı namizədlərlə iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

"Milli Məclisin buraxılması ilə bağlı YAP-ın Siyasi Şurasının artıq məlum qərarı var".

Bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, artıq Konstitusiya Məhkəməsinin MM-in buraxılmasının hüquqi əsaslarını şərh edən sənəd, Azərbaycan Prezidentinin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncamı var:

"Artıq bütün hüquqi prosedurlar keçirilib. Bundan sonra Seçki Məcəlləsinin müddəaları işə düşəcək. Yeni Azərbaycan Partiyası da daxil olmaqla bütün siyasi partiyalar, özünü bu seçkilərdə sınamaq istəyən hər bir kəs Seçki Məcəlləsinin müddəalarına uyğun şəkildə fəaliyyətini qurmalıdır. Biz hər zaman olduğu kimi, bu seçkilərə də hazırıq, iştirak edəcəyik. Qalib gələcəyimizə çox böyük inamımız var. İnamımızı şərtləndirən əsas cəhət də bizim partiyanın qurucusu Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti davam etdirən Prezidentin və YAP sədrinin İlham Əliyev olması, sıralarında Azərbaycanın ən tanınmış şəxslərin olduğu YAP üzvlərinin çoxluğu, onların partiyaya olan münasibətidir. Ona görə də hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ən yüksək səviyyədə təmsil olunacaq və qələbə yenə də bizim olacaq".

B.Muradova bildirib ki, majoritar seçki olsa da, hansı partiyadan hansı namizədin olacağını siyasi partiyalar müəyyənləşdirir:

"Ona görə də YAP-ın seçkilərdə hansı namizədlərlə iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik. Bu qərar necə olacaqsa, onun icrasına bütün partiya üzvləri qoşulacaq. Bu qərarın elan edilməsi üçün müəyyən vaxt çərçivəsi var. Biz həmin vaxt çərçivəsində qərarımızı elan edəcəyik".(apa)

Son xəbərlər
Bütün xəbərlər »