Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli Əhmədov növbədənkənar seçkilər və ağacəkmə aksiyası haqda danışıb

Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası parlament seçkilərində yaxından iştirak edəcək, namizədlərini irəli sürəcək.

"Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin kifayət qədər reytininqinin olması bizə ümid verir ki, qarşıdan gələn parlament seçkilərində YAP-ın irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaq. Beləliklə də YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək. Mən belə hesab edirəm ki, Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir. Biz Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar strategiyasına hakimiyyətin digər bir qolunun da, yəni parlamentin də qoşulmasının şahidi oluruq. Parlamentin islahatlar sferasına cəlb olunması islahatların daha böyük sürətlə və intensiv şəkildə həyata keçirilməsini təmin edəcək", - deyə Ə.Əhmədov vurğulayıb.

Baş nazir müavini bu gün keçirilən kütləvi ağacəkmə aksiyasına da münasibət bildirib. Qeyd edib ki, bu gün Azərbaycanın ekologiya tarixində əlamətdar gündür.

Ə.Əhmədov bildirib ki, vətəndaşlar Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşılayıblar. Azərbaycanın bir çox kəndlərində qəsəbələrində insanlar böyük coşquyla yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək vererək kampaniyaya qoşulublar: “Bir neçə ildən sonra bu ağaclar böyüyəcək, yaşıllıq zolaqları daha da artacaq. Beləliklə, Azərbaycanın təbiətinin yaxşılaşmasına böyük köməklik göstərmiş olacaq. Bütövlükdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq-abadlıq işləri həyata akeçirilir. Azərbaycan müasirləşir, kəndlərimiz, qəsəbələrimiz gözəlləşir. Əhalinin yaşaması üçün rahat, əlverişli şərait yaradılır. Vacib komponentlərdən biri də insanların yaxşı ekoloji mühitdə təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Bu ağacların əkilməsi həmin məqsədə xidmət göstərir. YAP kampaniyanı ürəkdən dəstəkləyən qurumlardan biridir. YAP-ın coxlu üzvləri müxtəlif rayonlarda bu kampaniyada iştirak edirlər. Güman edirəm ki, ən fəal iştirak edən YAP-ın üzvləri olacaq. YAP və Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər layihə də həyata keçirirlər. Bu, əkilən ağaclara qulluq edilməsinin monitorinqinin keçirilməsi ilə bağlıdır”.(Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »