Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Deputatlığa namizəd olmaq istəyənlər bu gündən MSK-ya müraciət edə bilər
Mərkəzi Seçki Komissiyası

Ötən gün prezident İlham Əliyev Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda sərəncam imzaladı və seçki 2020-ci il fevral ayının 9-na təyin olundu.

Seçki Məcəlləsinin tələblərinə görə seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra namizədlər irəli sürülə bilər.

Bu gün prezidentin sərəncəmı rəsmi mətbuatda dərc olunub və Seçki Məcəlləsinin (3, 53, 54, 146-cı maddələr) verdiyi hüquqlara görə bu gündən başlayaraq namizədlərin irəli sürülməsi mümkündür.

Bunun üçün namizəd oilmaq istəyən şəxslər tələb olunan sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

MSK isə təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir.(yenisabah.az)

Paylaş »
››› Sayt təsisçisi Nərminin qətli ilə bağlı Baş Prokurorluğa çağırılıb
››› İranda 1 milyondan çox insan etiraza qalxdı
››› ABŞ İranda hansı obyektləri vuracağını açıqladı
››› Sahil Babayev: “Bu ay pensiyalarda növbəti artım olacaq”
››› Ailəsi zorla 50 yaşlı kişiyə verdiyinə görə 16 yaşlı qız intihar etdi

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »