Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Mikayıl Cabbarov: "Səylərimizi birləşdirərək TRACECA-nın cəlbediciliyini artıra bilərik"
Mikayıl Cabbarov

"Tarixi İpək yolunun bərpasında TRACECA ilk qığılcım olub".

Bu barədə Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, TRACECA nəqliyyat dəhlizinin inkisafı üzv ölkələr üçün də mühüm əhəmiyyətə malikdir: "Səylərimizi birləşdirərək TRACECA-nın cəlbediciliyini artıra bilərik".

Nazir Azərbaycanın tranzit potensialına diqqət çəkib:"Azərbaycanın Şərqlə Qərbin mərkəzində yerləşməsi, avtomobil yolları və dəmir yollarının inkişafı, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası nəqliyyat sektorunun inkişafına şərait yaradıb və Azərbaycanın tranzit potensialı güclənib. Bakı-Tbilisi-Qars xüsusi olaraq vurğulanmalıdır. Bu nəqliyyat dəhlizi xalqlar arasında körpü rolunu oynayır".(Report)

Paylaş »
››› Sayt təsisçisi Nərminin qətli ilə bağlı Baş Prokurorluğa çağırılıb
››› İranda 1 milyondan çox insan etiraza qalxdı
››› ABŞ İranda hansı obyektləri vuracağını açıqladı
››› Sahil Babayev: “Bu ay pensiyalarda növbəti artım olacaq”
››› Ailəsi zorla 50 yaşlı kişiyə verdiyinə görə 16 yaşlı qız intihar etdi

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »