Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bir gündə 650 min ağacın əkilməsinə start verildi
Ağac

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bu gün ölkə üzrə bir gündə 650 min ağac əkilir.

Respublikanın bütün regionlarını əhatə edən bu nəcib təşəbbüsə şairin doğulduğu Şamaxı şəhərində start verilib.

Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edirlər.

Qeyd edək ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək. Eyni zamanda, bu aksiya insanları nəcib təşəbbüs ətrafında birləşdirməyə yönələn, ətraf mühitin sağlamlaşdırılması istiqamətində ictimaiyyətin həmrəylik göstərməsinə verilən dəyərli töhfədir.(Virtualaz.org)

Paylaş »
››› Toyuq ətində koronavirus aşkarlandı
››› Nazirin təyin etdiyi məktəb direktoru ana dilində düzgün yaza bilmir - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› DTX Eldar Həsənovun həbsi ilə bağlı məlumat yaydı
››› Yol polisi 15 yaşlı yeniyetməyə qanunsuz cərimə yazıb
Son xəbərlər
Bütün xəbərlər »