Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Londonda Quran oxudu - Video

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərə paytaxtı Londonda Cambridge Məscidinin açılışını edib.

Bizimyol.info xəbər verir ki, məscidin açılış məsasimində digər dini icmalarının ali liderləri də iştirak edib. Açılışdan sonra Türkiyə prezidenti Qurani Kərimdən surələr oxuyaraq ətrafdakıların diqqətini özünə cəlb edib.

Qeyd edək ki, Türkiyə prezidentinin Böyük Britaniyaya bu səfəri həm də Britanitya kraliçasının ona göstərdiyi xüsusi diqqətlə yadda qalıb. Belə ki, etiketə əsasən kraliçaya birinci əl uzatmaq olmaz. O özü kiminləsə görüşmək üçün əl uzatdıqdan sonra qarşı tərəf irəli durmalıdır.

Britaniya kraliçası NATO kritik zirvə görüşü çərçivəsində digər dövlət liderlərindən heç kimlə əllə təmas etməyib. Yalnız Donald Trampın xanımına əl uzadıb. Ərdoğanla isə görüşmə xüsusi istiliyi ilə yaddda qalıb. Kraliça Ərdoğanla səmimi söhbət zamanı onun əlini buraxmayıb.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »