Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aksiya keçirən sakinlərə tikinti şirkətindən cavab: “Təxribata yol verirsiniz” - Video

Abşeron rayonu Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin sakinləri etiraz aksiyası keçirib.

Bizimyol.info xəbər verir ki, sakinlər mənzillərə istiliyin verilməməsinə görə etiraz ediblər.

Aksiya iştirakçıları axşam saatlarında Xırdalan küçələrində yürüş ediblər və “İstilik” şüarı ilə tələblərini irəli sürüblər. Onlar şirkəti günahlandırıblar və illərdir ki, kommunal problemlərin həll edilmədiyini bildiriblər.

“AAAF Park” isə müqavilə öhdəliyindən irəli gələrək ödənişlərin edilmədiyini bildirir və Xırdalanda yaranmış ümumi problemlərin üzərinə yıxır. Halbuki, hər qış bu şəhərciyin sakinləri qazsızlıq, işıqsızlıq zülmü çəkirlər. Sakinlər deyirlər ki, evlərində körpəsi, xəstəsi, qocası olanlar var və mənzilləri satan şirkəti heç nə narahat eləmir.

Məsələ ilə bağlı "AAAF Park" sosial şəbəkə vasitəsilə sakinlərə müraciət edib: "Müqavilə öhdəliklərindən yaranan ödənişləri etmədikləri halda, həmçinin, Xırdalanın bütün ölkəyə məlum problemlərinin birbaşa təsirindən ortaya çıxan qəzaları bəhanə edərək hay-küy salan, əsassız və yersiz şüarlar səsləndirən sakinlərə müraciət edirik: Təxribata yol verirsiniz! Aidiyyatı orqanlara bu barədə tədbir görmələri üçün ictimai qaydada müraciət edirik".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »