Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həmsədr: “Status-kvo qəbuledilməzdir”

ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin nümayəndə heyətinin rəhbərləri (Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Fransanın Fransanın Avropa və xarici işlər üzrə naziri yanında dövlət katibi Jan-Batist Lemuan, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Fil Rike) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik etməkdə qətiyyəlidirlər.

Bu barədə ATƏT-in Minsk Qrupu həmsədrləri ölkələrinin nümayəndə heyətlərinin başçılarının birgə bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, həmsədr ölkələri nümayəndə heyətinin rəhbərləri təmas xəttində zorakılığın nisbətən aşağı səviyyədə olmasını müsbət qiymətləndirir.

“Tərəfləri humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı əvvəlcədən əldə edilmiş razılaşmaları həyata keçirmək üçün təxirəsalınmaz konkret addımlar atmağa çağırırıq”, - deyə bildirilib.

Həmsədr ölkələrin təmsilçiləri münaqişə tərəflərinin Xarici İşlər nazirlərinin Minsk qrupunun himayəsi altında gələn ilin əvvəlində yenidən görüşə dair razılığa gəlmələrini yüksək qiymətləndiriblər.

Onlar vurğulayıblar ki, status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli mümkün deyil. Onlar tərəfləri substantiv danışıqlar aparmağa çağırıblar.(oxu.az)

Paylaş »
››› Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: "Topaz" fəlakəti böyüyür...
››› "Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..."
››› Mərkəzi Bankn valyuta məzənnələri
››› “Bir cənub şəhərində”: Sovet sisteminə qarşı çıxan Azərbaycan filmi...
››› Xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka niyə pul xərcləmir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Skandinaviya ölkəsi Rusiyanın mümkün hücumunu dəf etməyə hazırlaşır
Son xəbərlər
Bütün xəbərlər »