Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ rus haker haqda informasiyaya görə milyonlar vəd edir

ABŞ rus xaker Maksim Yakubtseni hər yerdə axtarır.

Amerika onun haqda informasiyaya görə 5 milyon dollar vəd edir.

Bizimyol.info xəbər verir ki, Yakubtse “Evil Corp” xaker qrupunun rəhbəri sayılır. ABŞ onu kiberdələduzluqda ittiham edir.

Onun Moskvada yaşadığı güman olunur. Amma Kreml Yakubtse haqda məlumat vermir.

Xaker qrupunun noyabrda ABŞ-a 70 milyon dollar zərər vurduğu bildirilir. Ümumiyyətlə, “Evil Corp”un yaratdığı viruslu proqram dünyanın müxtəlif yerlərindəki kompüterləri sıradan çıxarıb. Amerika hökumətinin fikrincə, son 10 ildə ən böyük xaker hücumlarını məhz “Evil Corp” təşkil edir.

Son xəbərlər
Bütün xəbərlər »