Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanıb.

Dövlət başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edib.

Fərdar Həsənov və anası Xuraman Həsənova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.

Paylaş »
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› İslam şəriətində zinanın hansı növləri var...
››› Rusiyadan geriyə addım: Ukrayna ilə müharibə olmayacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İqlim dəyişikliyi bizə hansı qorxunc fəlakətləri vəd edir
››› "Qəbir sadə daşdan olmalı, üzərində mərhumun ad-soyadı yazılmalıdır"
Son xəbərlər