Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə dələduz miqrantları aldatmaq üçün saxta sərhəd məntəqəsi quraşdırıb - Foto

İndi qanunsuz miqrant axını Avropanın ən böyük problemlərindən biridir.

Köhnə qitədə axının qarşısını maksimum almağa çalışırlar. Buna görə də fırıldaqçılar hər dəfə yeni üsullardan istifadə edir.

Bizimyol.info xəbər verir ki, Rusiyada bir dələduz miqrantları aldatmaq üçün saxta sərhəd məntəqəsi quraşdırıb.

Saxta sərhəd məntəqəsi

Cənubi Asiyadan olan 4 əcnəbinin hər birindən 10 min avro alan fırıldaqçı onların Finlandiya sərhədindən keçməsi görüntüsü yaradıb. Bundan sonra həmin adam yoxa çıxıb, asiyalılar isə yoluna davam edib. Bir az irəlidə onları gerçək sərhədçilər qarşılayıb. Bu zaman anlayıblar ki, aldadılıblar, heç də Viborq meşələrində deyillərmiş.

Miqrantlar Rusiyaya qaytarılıb. Qonşu ölkə polisi qısa zamanda qanunsuzluqla məşğul olan şəxsi də ələ keçirib. Məhkəmə miqrantları cərimələyib. Dələduzu isə məhkəmə hökmü gözləyir.

Son xəbərlər
Bütün xəbərlər »