Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəşad Sadıqovla azarkeş arasında gərginlik: "Başın gedib sənin?" – Video

"Qarabağ"ın son oyunlarında azarkeşlər tərəfindən ən çox tənqid edilən futbolçu klubun kapitanı Rəşad Sadıqov oldu.

Bizimyol.info xəbər verir ki, bir azarkeş “İnstaqram” sosial şəbəkəsində təcrübəli futbolçuya mesaj yazaraq ona karyerasını bitirməyi, ailəsinə vaxt ayırmağı məsləhət verib.

Sadıqov isə azarkeşin ona "karyeranı bitir" mesajına aqressiv cavab verib.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü Rəşad Sadıqov "Qarabağ" klubunda müdafiəçi mövqeyində oynayır.

2000-2001-ci illərdə Azərbaycanın "Turan Tovuz", 2001-2002, 2003-2005, 2006-2008-ci illərdə "Neftçi Bakı", 2009-2010-cu illərdə "Qarabağ", 2002-2003-cü illərdə İranın "Fulad Xuzistan" və 2005-2006-cı illərdə Türkiyənin "Kayserispor", 2008-2009-cu illərdə "Kocaelispor", 2010-2011-ci illərdə Əskişəhərspor klublarının heyətində çıxış edib. 2011-ci ildən Azərbaycanın "Qarabağ" klubunda çıxış edir.

Rəşad Sadıqov dörd dəfə Azərbaycanda ilin futbolçusu seçilib. Beş dəfə Azərbaycan Premyer Liqasının, üç dəfə isə Azərbaycan Kubokunun qalibi olub. Sadıqov 2001-ci ildən Azərbaycan milli futbol komandasında çıxış edir. Milli komandada 103 oyun keçirib və 4 qol vurub. Azərbaycan milli komandasının heyətində ən çox oyun keçirən oyunçudur.

Həmin söhbəti və səsyazısını təqdim edirik:

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »