Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xanım Qafarovanın qızı Türkiyənin məhşurları ilə qırmızı xalçadan keçdi

“Azərbaycanın əməkdar artisti, mərhum Xanım Qafarovanın qızı Gövhər, Türkiyənin məhşurları ilə qırmızı xalçadan keçdi. Doğrudur, bu filmdə ona verilən rol kiçik idi, amma Gövhər qızımız peşəkarlarla çalışdı, həftələrlə onlarla birgə əziyyət çekdi və gələcək işləri üçün böyük təcrübə topladı”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsumov səsləndirib.

“Dünən çox möhtəşəm bir gün oldu. Qardaşım Mahsum Kırmızıgül “Möcüzə-2 AŞK" filminin təqdimat mərasimini keçirdi. Dostum Mahsum bəy, sözün həqiqi mənasında, möcüzə yaratmışdı. Bu filmin ərsəyə gətirilməsi üçün onun hansı əziyyətlər çəkdiyini, hansı həyəcanlar keçirdiyini yaxşı bilirəm. Nəticədə rəhbərlik etdiyi peşəkar heyət ictimaiyyətə gözəl bir əsər təqdim etdi. Əziz qardaşıma “əllərinə sağlıq” deyib gələcək işlərində bundan da böyük uğrlar arzu edirəm.

Ötən gün bu mərasimdə bir hadisə də baş verdi ki, məni sevindirdi. Azərbaycanın əməkdar artisti, mərhum Xanım Qafarovanın qızı Gövhər, Türkiyənin məhşurları ilə qırmızı xalçadan keçdi. Doğrudur, bu filmdə ona verilən rol kiçik idi, amma Gövhər qızımız peşəkarlarla çalışdı, həftələrlə onlarla birgə əziyyət çekdi və gələcək işləri üçün böyük təcrübə topladı. Amma bundan böyük uğur və mənim ürəyimi dağa döndərən hadisə odur ki, Gövhər qırmızı xalçadan keçərkən bütün türk mətbuatının önündə Azərbaycanımızı təmsil edirdi. Gövhər qızım, hər zaman Vətənimizi belə layiqli şəkildə təmsil etməyini arzu edirəm. Sənə baxıb sevinmək o qədər gözəl hiss idi ki, bu anları yenidən yaşamaq hər birimiz üçün böyük fəxr, şərəf və böyük arzudur. Həmin möhtəşəm mərasimdə hər kəs bilirdi ki, sən Azərbaycandan gəlmisən. Bir arzum da var! Əlbəttə ki, sənin gələcəyin öz əlindədir. Burada söz sahibisən, istədiyin kimi öz iş fəaliyyətini qura bilərsən. Bununla belə arzu edərdim ki, bu sənin ikinci sənətin olsun və burada da bizi yüksək səviyyədə təmsil edəsən”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »