Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanal suyunu dənizə axıdırlar, sakinlərə vermirlər – Video

Sumqayıt şəhər “Yaşma bağları” massivinə suvarma üçün verilən su oktyabrın 25-dən kəsilib.

Bizimyol.info xəbə verir ki, bu barədə “Yaşma bağları”nın sakinləri bildirib.

Massivdə 1988-ci ildən yaşamağa başlayan əhali elə həmin vaxtdan içməli suyu ya satın alır, ya da “Taxtakörpü” kanalından gələn suvarma suyundan istifadə edir. Sakinlərin dediyinə görə, bu suyun verilməsində isə tez-tez problemlər yaşanır.

Sakinin iddiasına görə, “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən “Yaşma bağları”na verilən suvarma suyu müvəqqəti olaraq dayandırılıb.

Havaların quraq keçməsi, Şabran rayonunda “Taxtakörpü” su anbarında və Ceyranbatanda suyun səviyyəsinin aşağı düşməsi “Yaşma bağları”nda su problemini daha da artırıb, su məhdudiyyətlə verilir.

Məsələ ilə bağlı bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, problemlə bağlı müvafiq quruma müraciət etmək lazımdır.

Sakinllərin ittiham etdiyi “Meliorasiya və Su Təsərrüfatı” ASC isə informasiya sorğusuna hələ cavab verməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »