Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəfər Cabbarlı meydanı boşaldılır

Metronun “28 May” stansiyasının yaxınlığında yerləşən Cəfər Cabbarlı meydanı boşaldılır.

Bizimyol.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, sözügedən meydanda "fast food" yeməkləri satan iki səyyar obyektdən biri götürülüb, digəri isə bağlıdır. Xırda alverlə məşğul olan səyyar ticarətçilər də yoxdur.

Ticarət obyektlərinin bağlanma səbəbi kimi Bakı Nəqliyyat Agentliyi (BNA) burada Nəqliyyat Mübadilə Mərkəzini yaratmağı planlaşdırması olduğu qeyd edilib.

Bakı Nəqliyyat Agentliyi Bakı Nəqliyyat Agentliyi

Mövzu ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev Bizimyol.info-ya bildirib ki, “28 May” metrostansiyasının yaxınlığında Nəqliyyat Mübadilə Mərkəzinin inşaası planlaşdırılır: “Amma hazırda orada aparılan işlərin BNA-ya aidiyyatı yoxdur”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »