Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pompeo Netanyahu ilə İranı və İsrailin təhlükəsizliyini müzakirə edib

Lissabonda ABŞ Dövlət Katibi Mayk Pompeo ilə İsrailin Baş Naziri Benyamin Netanyahu arasında görüş olub. Görüşdə İran və İsrailin təhlükəsizliyi məsələləri müzakirə edilib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Pompe özünün “Twitter” səhifəsində bildirib.

“Bizim Netanyahu ilə bu axşam Lissabonda daha bir məhsuldar görüşümüz olub. Biz İranın bölgədəki sabitliyi pozan təsirinə qarşı birgə səylərimizini artırılmasını, regional tərəfdaşlarla iqtisadi əməkdaşlığın əhəmiyyətini və İsrailin təhlükəsizliyi ilə bağlı digər mövzuları müzakirə etdik”, - deyə Dövlət Katibi yazıb.

Qeyd edək ki, bundan bir qədər əvvəl İranın Xarici İşlər Nazirliyi ABŞ-ı Fələstinin “işğalı”nda İsrailə kömək etməkdə günahlandıraraq, beynəlxalq ictimaiyyəti ABŞ-ın İsrailin məskunlaşma fəaliyyətinə dair siyasətinə qarşı çıxmağa çağırıb.(apa)

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Son xəbərlər
Bütün xəbərlər »