Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uçan avtomobilin kütləvi istehsalına başladılar

Hollandiyanın PAL-V şirkəti dünyada ilk dəfə uçan avtomobili təqdim edərək, onun kütləvi istehsalı başladığını bəyan edib.

Bizimyol.info xəbər verir ki, həm quruda, həm də havada hərəkət edə bilən bu avtomobilin 100 at gücündə olduğu bildirilib.

"PAL-V" nümayəndələrinin sözlərinə görə, bu avtomobil 664 kiloqramdır. 100 litr benzin saxlaya bilən bu maşın 160 km/saat sürət yığa bilir. Avtomobilin maksimal sürəti isə 180 km/saatdır. Onun yerdən 3.500 metrə qədər yüksələ bildiyi qeyd olunub.

Sifarişləri get-gedə artan avtomobilin 600 min dollara satılacağı açıqlanıb: "Artıq yüzə yaxın sifarişimiz var. Avtomobili almaq istəyənlərin həm sürücülük, həm də uçuş vəsiqəsi olmalıdır".

Adelya

Son xəbərlər
Bütün xəbərlər »