Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Apple” sistemində boşluq tapan 19 yaşlı gənc böyük mükafatı götürmədi - Video

Türkiyənin Aydın şəhərində yaşayan 19 yaşlı gənc “Apple” sistemində boşluq tapıb.

Amma Hüseyin Çoban böyük mükafatı götürməkdən imtina edib.

Hüseyin Çoban

Bizimyol.info xəbər verir ki, türkiyəli gənc “Apple” şirkətinin təklif etdiyi 220 min dolları çox az sayıb. Onun fikrincə, daha böyük mükafata layiqdir.

“Türkiyədə məşhurların çoxu “Apple” istifadə edir. Bu boşluq sayəsində “iCloude” şifrələri vasitəsilə hamının şəkillərini əldə etmək mümkündür. “Apple” şirkətinə məlumat verdim. Mükafatın məbləğini dedilər. Məni qane etmədi. Amma bunu demədim. Mənə pis niyyətlə müraciət edən çoxdur. Beşqat qazanmaq imkanım var. Buna baxmayaraq, sirri yaymaq fikrim yoxdur”, - Çoban belə deyib.

Hüseyin ikinci dəfədir “Apple” sistemində boşluq tapır. Bundan əvvəl cəmi 300 lirə (təxminən 50 dollar) mükafat almışdı.

Son xəbərlər
Bütün xəbərlər »