Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazirin həyat yoldaşının adı azərbaycanlı qızla birlikdə qalmaqalda hallanır

Rusiya müxalifətinin lideri Aleksey Navalnının korrupsiya ilə mübarizə fondunun araşdırması çox maraqlı məsələləri ortaya çıxarır.

Məsələn, məlum olub ki, azərbaycanlı jurnalist Nailə Əsgərzadə VTB-nin rəhbəri Andrey Kostinə məxsus olduğu ehtimal edilən biznes-cetdə gəzir.

Bizimyol.info xəbər verir ki, Əsgərzadənin adı daha bir araşdırmada keçir. Navalnı Rusiya baş naziri Dmitri Medvedevin həyat yoldaşı Svetlana Medvedevanın eyni xətt üzrə rəsmiləşdirilən şəxsi təyyarədən istifadə etdiyini bildirib. “Bombardier Global Express 5000” biznes-cetinin azı 50 milyon dollar qiyməti var.

Nailə Əsgərzadə Nailə Əsgərzadə

Müxalifət lideri çox sadə mexanizmlə həqiqəti ortaya çıxarıb. Navalnı müəyyənləşdirib ki, Svetlana Medvedevanın getdiyi yerlərə cet də yola düşüb. Beləcə, Orenburq, Ufa, Kemerovo, Sankt-Peterburq, İsrail, Kipr səfərləri üzə çıxıb.

Dmitri Medvedev ayda 800 min rubl (təxminən 12 min dollar) maaş alır. Navalnı bu məvaciblə ceti hətta icarəyə götürməyin mümkünsüzlüyünü qeyd edir. Birincisi, Svetlana heç bir yerdə işləmir. İkincisi, ərinin aylıq maaşı ceti heç 2 saatlıq icarəyə götürməyə də çatmır. İcarənin 1 saatı 7-10 min dollardır.

Həm Əsgərzadənin, həm də Medvedevanın istifadə etdiyi şəxsi təyyarələr eyni ofşor şirkətinin adına rəsmiləşdirilib.

Son xəbərlər
Bütün xəbərlər »