Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifət partiyaları arasında parlament seçkiləri ilə bağlı müzakirələr başlayıb

Bu gün bir neçə müxalifət partiyasının nümayəndələri növbəti dəyirmi masa keçirərək, növbədənkənar parlament seçkilərində iştirak məsələsini müzakirə ediblər.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi partiya və təmsil olunduqları Milli Şuranın bəyanatının olduğunu xatırladaraq, bildirib ki, bəyanatdakı şərtlər qəbul edilməsə, seçkini boykot edəcəklər.

REAL Partiyasının funksioneri Natiq Cəfərli, politoloq Hikmət Hacızadə, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər müxalifət partiyalarının seçkidə iştirakının tərəfdarı olduqlarını bildiriblər.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və Müsavat başqanı Arif Hacılı isə seçkidə iştirakla bağlı aparılan müzakirələrdən sonra qərar verəcəklərini bildiriblər.(apa)

Paylaş »
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
››› Navalnı: “Məni öldürsələr, təslim olmayın”
››› Onlayn, ya adəti üzrə nəzir qutuları… - Hansı daha güvənlidir?
Son xəbərlər
Bütün xəbərlər »