Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qaçqınkom"dan 10 min manat müavinətin verilməsi iddiasına cavab

Sosial mediada məcburi köçkünlərə dövlət büdcəsindən ödənilən vahid aylıq müavinətin məbləğinin əvəzinə onlara birdəfəlik 10 min manatın veriləcəyi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Bizimyol.info-nun Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə göndərdiyi informasiya sorğusuna cavab verilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

“Ölkə vətəndaşlarının, o cümlədən məcburi köçkünlərin maddi rifahının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətində prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısı məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə hər bir məcburi köçkün ailəsi üçün vahid aylıq müavinətin verilməsini təmin edir. Hazırda 500 minə yaxın məcburi köçkün vahid aylıq müavinət alır”,-deyə Komitədən bildirilib.

10 min manat məbləğində vahid aylıq müavinətin verilməsinə gəldikdə isə hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bu barədə məlumatın olmadığı qeyd olunub.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »