Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cərəyana qoşulu olan mobil telefon gəncin həyatına son qoydu

Tailandın Çonburi şəhərində mobil telefonla oynayan gənc oğlan elektrik cərəyanının vurması nəticəsində vəfat edib.

“Daily Mail” dərgisinin məlumatına əsasən, bədbəxt hadisə baş verən zaman mobil telefon elektrik yuvasına qoşulmuş vəziyyətdə olub.

28 yaşlı Kittisak Munkitti öz otağına çəkilərək smartfonla oynayıb. Evin səliqəsi ilə məşğul olan ana bir neçə dəfə oğlunu köməyə səsləsə də, K.Munkitti onun çağırışlarına cavab verməyib. İşə getməyə hazırlaşan ana oğlunun otağına daxil olub.

Övladını qışqıraraq çağıran ana hər hansı reaksiya görməyəndən sonra narahat olmağa başlayıb və oğlunun əlində yanıqlar aşkar etdikdən dərhal sonra təcili tibbi yardıma və polisə zəng edib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ölüm faktını qeydə alıblar. İlkin araşdırmalar nəticəsində oğlanın ölümünə səbəb kimi cəryan vurulması göstərilir. Dəqiq müayinə üçün meyit müvafiq orqanlara təhvil verilib.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
Son xəbərlər
Bütün xəbərlər »