Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Misir Mərdanov da deputat olmaq istəyir

Xəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar Parlament seçkiləri keçiriləcək. Budəfəki seçkilərdə bir sıra “sürpriz” namizədlərin olacağı istisna edilmir. Bu namizədlər arasında sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanovun da adı çəkilir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Misir Mərdanov deputat olmaq arzusunu gizlətməyib:

“Bəli, mənsub olduğum Yeni Azərbaycan Partiyası (YAP) namizədliyimi irəli sürərsə, prosesə qoşularam. Ancaq bu barədə danışmaq hələ tezdir.

Cənab Prezident Konstitusiya Məhkəməsinə növbədənkənar parlamentin keçirilməsi ilə bağlı sorğu göndərib. Konstitusiya Məhkəməsinin qərarından sonra bu məsələlərə baxılacaq”.

“YAP-dan namizədliyinizin veriləcəyini gözləyirsiniz?” sualına isə M.Mərdanov “İnşallah, Allah qoysa...”, - cavabını verib.

Son xəbərlər
Bütün xəbərlər »