Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: "Fermerlərə lazımi şərait yaradılmalıdır ki, qida təhlükəsizliyini təmin edə bilək"

Azərbaycanın qida təhlükəsizliyinin təmin edilməsi çərçivəsində fermer təsərrüfatlarının inkişafına böyük diqqət göstərilməlidir.

Bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclasında çıxış edən Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, qida təhlükəsizliyinin təmin edilməsi mühüm bir məsələdir, lakin fermerliyin inkişafı olmadan bunu əldə etmək mümkün deyil. Buna görə də ayrı-ayrı fermerlərin və fermer təsərrüfatlarının inkişafına qayğı daha da artırılmalıdır. Fermerlər üçün lazımi şərait yaradılmalıdır ki, onlar keyfiyyətli məhsulun istehsalında maraqlı olsunlar: "Bunları əldə etmədən biz qida təhlükəsizliyini təmin edə bilmərik".

Nazir onu da əlavə edib ki, fermer təsərrüfatlarının inkişafı üçün gənc mütəxəssislərin cəlb edilməsi də olduqca vacibdir.(apa)

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »