Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: "Əli İnsanovun tək məqsədi qisasdır"
“Dünən ilk dəfə Əli İnsanovu seçki müzakirələri zamanı gördüm (mövzu seçki olduğu üçün iştirak edirdim), çıxışını canlı dinlədim. Adam iqtisadi mövzulara da girdi və məlum oldu ki, dünyadan da, ölkədən də bixəbərdir, tezisləri içiboş, rəqəmləri səhv, çıxartdığı nəticələr gülüncdür”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri REAL partiyasının həmtəsisçisi Natiq Cəfərli səsləndirib.

“Əli müəllimin yeganə amacı qisasdır - başqa heç bir siyasi, iqtisadi vizionu yoxdur, ola da bilməz, çünki çox köhnədir, müasir təməl bilikləri yoxdur. Adam elə bilir ki, hər çıxışında 10 dəfə "Avropa, ABŞ" desə, Qərb bunu dəstəkləyəcək, adam düşünür ki, problemlərin səbəblərinə toxunmadan nəticəsini söyləsə ictimai dəstək qazanacaq.

Natiq Cəfərli Natiq Cəfərli

Mən məmləkərin gələcəyinin dizayn olunmasında belə bir insanın iştirak etməsindən ürkürəm, bunu istəmirəm.

Əli müəllim çıxışında Norveçi misal çəkdi, örnək göstərdi, amma demədi ki, Norveç ona görə Norveç olub ki, tarixində oğru nazirlər, haqqı tapdalayan məmurlar olmayıb, Norveç ona görə Norveç olub ki, qonşuları İsveç, Danimarka və Finlandiyadır, daha Ermənistan, Rusiya və İran deyil”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »