Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüquqşünas: “Avtomobil dəyərinin 70-80 faizini gömrük rüsumuna ödəmək hansı məntiqə sığır?”

Hüquqşünas Aslan İsmayılov Gömrük Komitəsinin həyata keçirdiyi tədbirlərin yarıtmaz olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, hüquqşünas Aslan İsmayılov bildirib ki, artıq Gürcüstan nömrələri ilə avtomobillərin ölkədə il ərzində 90 gündən artıq qalma imkanı olmayacaq.

“Yadınızdadırsa yazmışdım ki, ancaq vətəndaşlardan hansı yolla olursa olsun pul toplamağı düşünür. Bunun da islahata heç bir aidiyyatı yoxdur. İslahatın əsas məqsədi vətəndaşların vəziyyətini yaxşılaşdırmaq, yığılmış narazılıqları aradan qaldırmaqdır.

Avtomobillərin gömrük rüsumları əcaib dərəcədə çox olduğundan insanlar məcburən avtomobillərini Gürcüstan nömrələri ilə sürür və 90 gündən bir ölkədən çıxıb qayıtmaq məcburiyyətində idilər. Bir müddət əvvəl isə Gömrük sədri Səfər Mehdiyev onun da qarşısını aldı. Artıq Gürcüstan nömrələri ilə avtomobillərin ölkədə il ərzində 90 gündən artıq qalma imkanı olmayacaq.

Birincisi bu kobud qanun pozuntusudur. Ona görə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə qərarının 4.3 bəndinə əsasən Xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə 90 (doxsan) gün müddətinədək icazə verilir. Yəni Gürcüstan nömrə nişanlı maşınlar 90 gün müddətinə əməl etməklə yenidən ölkə ərazisinə eyni qaydada daxil ola bilərlər. Bir sözlə yenidən ölkə ərazisinə müvəqqəti olaraq daxil olmağın qadağan edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. DGK isə öz qərarında bu mətnə 1 il ərzində sözünü əlavə edib. Bu isə bir ayağı burda, bir ayağı Gürcüstanda olan Azərbaycanlıların ciddi narazılığına səbəb olub.

Bundan başqa, daxili avtomobil istehsalı, düz-əməlli ictimai nəqliyyat sistemi, vətəndaşların ciblərinə uyğun avtomobil kredit şərtləri olmayan bir ölkədə avtomobil dəyərinin 70-80 faizini gömrük rüsumuna ödəmək hansı məntiqə sığır?!”

İlhamə Rəsulova,Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »