Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Koçaryanın məhkəməsi gələn ilə qaldı
3e27a37486c974f58c7b51a4a926cbd8---0000

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəməsi gələn ilin yanvarınadək təxirə salınıb.

Bu ay yenidən keçirilməsi nəzərdə tutulan prosesin təxirə salınmasına hakimin dekabrın 10-dan məzuniyyətə çıxması göstərilib. Koçaryanın vəkili təxirə salınmadan əvvəl müvəkkili haqda həbs qətiimkan tədbirinin dəyişdirilməsi məsələsinin müzakirəsini tələb edib. Prokuror isə eks-prezidentin hüquq müdafiəçilərini “yersiz ərizələr”lə məhkəmə prosesinin uzanmasına səbəb olmaqda günahlandırıb.

Qeyd edək ki, Robert Koçaryan 2008-ci ilin martında etiraz aksiyaları zamanı konstitusion quruluşu pozduğuna görə iyunun 23-də həbs edilib. Bu, onun 3-cü həbsidir. Belə ki, Koçaryan daha əvvəl – 2018-ci ildə 2 dəfə həbs edilib və azadlığa çıxıb. (Qafqazinfo.az)

Paylaş »
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› "Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› Donald Tramp İrana təşəkkür etdi
››› Ceyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”
Son xəbərlər
Bütün xəbərlər »