Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə futbol klubunun qadın prezidenti ofsaydın nə olduğunu bilmir - Video

İlk qadın klub prezidenti kimi Türkiyə futbol tarixinə düşən Berna Gözbaşı ölkə mətbuatına müsahibəsində çox maraqlı məsələlərə toxunub.

“Kayserispor”un başqanı ofsayd qaydalarını dəqiq bilmədiyini, bunu öyrənməyə borclu olmadığını söyləyib.

Bizimyol.info xəbər verir ki, Berna Gözbaşı futbolda qadınlarla kişilər arasında fərq qoyulmalı olmadığını deyib. Onun sözlərinə görə, prezidentlik seçimində yeganə namizəd olub, kişilər irəli durmayıb. Berna xanım yanlış transferlər üzündən “Kayserispor”da maddi vəziyyətin ağır olduğunu, amma vəziyyəti düzəltmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

“Qadın azarkeşlər məni çox sevir. “Berna başqan” deyə səslənirlər. Hər cür kömək etməyə hazırdırlar. Çünki çox borcumuz var”, - qadın prezident deyib.

Berna Gözbaşı “mən ofsaydı niyə bilim ki?” söyləyib. Onun sözlərinə görə, futbol qaydalarını hakimlər, futbolçular yaxşı bilməlidir: “Mənim işim klubu idarə etməkdir”.

Son xəbərlər
Bütün xəbərlər »