Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Şeytanı yandırıram” deyərək evinə od vurdu - Video

Türkiyənin sənaye şəhərlərindən olan İnegöldə 41 yaşlı qadın öz evini bilərəkdən yandırıb.

Şizofreniya xəstəsi olan Hafizə N. addımının səbəbini soruşanda “şeytanı yandırıram” deyib.

Bizimyol.info xəbər verir ki, üçmərtəbəli binanın ikinci mərtəbəsində od vurulan mənzil yarıtmaz hala düşüb. Hafizə N. ciddi xəsarət almayıb. Tüstü onun halını xarab etdiyindən, qadını xəstəxanaya çatdırıblar.

Hafizə N. mənzilə kibritlə od vurub. Yanan kibriti mətbəxə atan xəstə qadın otaqlardan birinə girərək qapını arxadan bağlayıb. Anlaşılan odur ki, şeytanla birlikdə özünü də öldürmək istəyirmiş. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi onun həyatını xilas edib.

Son xəbərlər
Bütün xəbərlər »