Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fındıq qonşu ölkəyə milyonlar gətirir - Video

Türkiyə iqtisadiyyatı təkcə turizmin ümidinə qalmayıb. Fındıq qardaş, qonşu ölkəyə milyonlar gətirir.

Bizimyol.info xəbər verir ki, Türkiyə son 3 ayda fındıq satışından 906 milyon 182 min 267 dollar qazanıb. Keçən ilin sentyabrın 1-dən noyabrın 30-na qədər 490 milyon gəlir əldə edilmişdi. Deməli, qazanc təxminən iki dəfə artıb.

Türkiyə fındığın 1 kiloqramını 6,57 dollara ixrac edir. Son 3 ayda 140 min 640 ton fındıq satılıb.

Qaradəniz fındıq məmulatları ixracatı birliyinin başqanı İlyas Edip Sevinç göstəricilərin yüksələcəyini bildirib. O, mövsümün sonuna qədər gəlirin 2,5 milyard dollara çatacağını söyləyib.

Son xəbərlər
Bütün xəbərlər »