Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmədə Cem Yılmaza uduzan professor ağladı - Video

Professor Orhan Kuralla Cem Yılmazın məhkəmə davasında qazanan tərəf yumor ustası olub.

Orhan Kural

Məhkəmə həkimin 10 min lirə təzminat iddiasını təmin etməyib.

Bizimyol.info xəbər verir ki, məhkəmədə Cem Yılmaza uduzan professor dəhlizdə jurnalistlərin qarşısına çıxarkən göz yaşlarını saxlaya bilməyib. O, çox ədalətsiz qərar verildiyini bildirib. Buna baxmayaraq, həkim geri çəkilmək fikrində deyil. Apellyasiya şikayəti veriləcək.

Orhan Kural Cem Yılmazın onu “Twitter”də təhqir etdiyini önə çəkərək məhkəməyə müraciət etmişdi. İstanbul 4-cü Hüquq Məhkəməsinin iclaslarında yumor ustası gözə dəymirdi, onu vəkili təmsil edirdi. Cem Yılmaz hələ məhkəmənin qərarına münasibət bildirməyib.

Son xəbərlər
Bütün xəbərlər »