Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Turistlər oteldən ən çox nə oğurlayır - Siyahı
hotel-620x369

Turistlərin oteldən oğurluq etməsi yeni məlumat deyil. Mehmanxanalar qonaqlara ciddi nəzarət etmək məcburiyyətində qalıb.

Bizimyol.info xəbər verir ki, turistlər oteldən ən çox dəsmal oğurlayır. “Wellness Heaven”in araşdırması belə deməyə əsas verir. Fikri soruşulanların 77,5 faizi dəsmal oğurluğundan danışıb. İkinci yerdə hamam xalatı (65,1) gedir. Bundan başqa, otellərdən asılqan (49,3), dəftərxana ləvazimatları (39,1), stolüstü əşyalar (33,6), kosmetika ləvazimatı (32,8), batareya (22), dekor predmetləri (20,2), ədyal (15,6), yastıq (14,3) və boşqablar (12,7) oğurlanır.

Araşdırma üçün çoxu Almaniya, İtaliya və Avstriyada yerləşən 1157 otelin əməkdaşları ilə söhbət aparılıb. Bu adamların 634-ü dördulduzlu, 523-ü isə beşulduzlu otellərin rəhbərliyində təmsil olunur.

Paylaş »
››› Bakıda yanan “EuroHome” ticarət mərkəzinin sahibi barədə məlumat yayıldı - Foto
››› Bakıda böyük ticarət mərkəzinin qəsdən yandırılması barədə xəbərə rəsmi reaksiya
››› Dünyanın ən gənc qadın baş naziri bu həftə işə başlayacaq - Foto
››› Əxlaqsız fotoları yayılan qadın siyasətçi özünə qəsd etmək istəyib - Foto
››› Vanqanın Rusiya və Avropa haqda verdiyi proqnozlar...
Son xəbərlər
Bütün xəbərlər »