Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan!
nar

Ölkənin ən gənc mobil operatoru “Nar”, “BakuTel-2019” - 25-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak edir. Hər zaman müştəriyönümlü addımları və yenilikləri ilə seçilən “Nar” yubiley sərgisində interaktiv stendi ilə ziyarətçiləri qarşılayır.

“Nar” abunəçiləri hesabı daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqini yükləməklə müsabiqədə iştirak haqqı qazanırlar. Bütün sərgiboyu keçiriləcək müsabiqənin qalibləri hər günün sonunda elan ediləcək və müasir smartfonla təltif olunacaqlar. Stendin diqqətçəkən xüsusiyyətlərindən biri də “Nar”ın yüksəkkeyfiyyətli şəbəkəsini özündə təcəssüm etdirən maraqlı aktivliklərin təqdim olunmasıdır. Belə ki, hər bir sərgi iştirakçısı xüsusi ayrılmış qapalı zonada virtual reallıq oyunlarını sınaqdan keçirmək şansına malikdir. Bundan başqa, ziyarətçilər həm də 4G şəbəkəsinin sürətini yerindəcə test edə bilərlər.

Mobil operator hər kəsi 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 25-ci “BakuTel-2019” sərgisindəki “Nar” stendinə dəvət edir.

Nar

Paylaş »
››› Bakıda yanan “EuroHome” ticarət mərkəzinin sahibi barədə məlumat yayıldı - Foto
››› Bakıda böyük ticarət mərkəzinin qəsdən yandırılması barədə xəbərə rəsmi reaksiya
››› Dünyanın ən gənc qadın baş naziri bu həftə işə başlayacaq - Foto
››› Əxlaqsız fotoları yayılan qadın siyasətçi özünə qəsd etmək istəyib - Foto
››› Vanqanın Rusiya və Avropa haqda verdiyi proqnozlar...
Son xəbərlər
Bütün xəbərlər »