Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ruhani: “ABŞ və Avropa ölkələri Yəməndə sülhünə maraqlı deyillər”
Həsən Ruhani

İran Prezidenti Həsən Ruhani Tehranda səfərdə olan Omanın Xarici İşlər naziri Yusif İbn Aləvi ilə görüşüb.

Görüşdə H.Ruhani deyib ki, Oman regionda İran ticarəti üçün mərkəz rolunu oynaya bilər.

Bölgədə baş verən münaqişələrdən danışan İran Prezidenti bildirib ki, ABŞ və Avropa ölkələri Yəməndə sülhün təmin olunmasında maraqlı deyillər.

H. Ruhani region ölkələrinin dostluğunun zəruriliyindən də danışıb. O qeyd edib ki, bölgə ölkələrinin dostluq etməkdən başqa yolu yoxdur: “Keçmişi unudub gələcəyə baxmalıyıq və birgə əməkdaşlıqla problemləri həll etməliyik”.

Omanın Xarici İşlər naziri də ölkəsinin İranla əməkdaşlıqda maraqlı olduğunu bildirib.(apa)

Paylaş »
››› Milli Məclisin binasına dəyən maddi ziyanın məbləği açıqlandı - Fotolar
››› Dövlət Xidməti könüllü cəbhəyə getmək istəyənlərə müraciət edib
››› Türkiyə PUA-ları Ermənistan sərhədində uçuşlar edir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Keçmiş deputat döyüşə getmək üçün qeydiyyatdan keçib - Foto
Son xəbərlər
Bütün xəbərlər »