Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gənc yazardan Yazıçılar Birliyinə kəskin ittihamlar - Video

Azərbaycan Yazıçılar Birliyində (AYB) növbəti qurultayın keçirilməsi gözlənilir. Qurultayda AYB-nin yeni sədrinin kimliyi müəyyən olunacaq. Qurumun hazırkı sədri, Xalq yazıçısı Anar Rzayevin də öz namizədliyini irəli sürəcəyi ehtimal olunur.

AYB-nin XIII qurultayı ərəfəsində sədrliyə namizədlərin sayı isə durmadan artır. Həmin namizədlərdən biri şair-publisist Tural Turandır.

“AYB-nin nizamnaməsində göstərilir ki, 25 yaşından yuxarı olan şəxslər təşkilata rəhbərlik edə bilər. Deyirlər ki Anar müəllimin nüfuzu belə böyükdür, filan... O, olmasa, AYB dağılar. Niyə dağılsın? Məhz Anar müəllimin atası Rəsul Rza AYB-nin sədri seçiləndə 28 yaşı vardır. Onu da deyim ki, Anar müəllimin nüfuzu təşkilata üstünlük gətirməyib”,-deyə T.Turan bildirib.

Şair AYB rəhbərliyinin gənclər siyasətini tənqid edib: “Prezident təqaüdü o şəxslərə verilir ki, onlar troll ordusunun üzvüdür. Bizim kimi şairlər və yazıçılar AYB rəhbərliyini tənqid edəndə bizim qarşımıza onları çıxarırlar... İstedadsız yazıçı və şairlərə təqaüdün verilməsi əxlaqsızlıqdır”

Tural Turan vurğulayıb ki, AYB rəhbərliyi vəzifələrindən özləri üçün istifadə edirlər: “Azərbaycan ədəbiyyatını müxtəlif beynəlxalq tədbirlərdə təmsil edən şəxslər AYB-nin eyni üzvləridir. Onlar Anarın özüdür, AYB-nin 55 yaşlı gənclər üzrə katibi Rəşad Məciddir, Səlim Babullaoğlu və başqalarıdır.

Anar müəllim, beynəlxalq gənclik ədəbi simpoziumlarına özünüz gedəndə əlbəttə ki gənc yazıçıları tanınmayacaqsınız. Siz hələ də özünüzü gənc görürsünüz. 83 yaşınız var, bəsdir, gedin!”

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »