Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Lavrov: “Rusiya və Azərbaycan arasında münasibətlər strateji olmaqla yanaşı, qarşılıqlı inam və etibara əsaslanır”
Elmar Məmmədyarov - Sergey Lavrov

“İki ölkə arasında münasibətlər strateji olmaqla yanaşı, qarşılıqlı inam və etibara əsaslanır”.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Rusiya və Azərbaycan liderlərinin qarşılıqlı səfərlərini və görüşlərini qeyd edən S. Lavrov bildirib ki, prezidentlər tərəfindən parlamentlər və nazirliklərə əlaqələrin dərinləşməsi istiqamətində tapşırıqların verilməsini görürük.

S.Lavrov humanitar sahədə əlaqələrə toxunaraq qeyd edib ki, iki ölkə arasında mədəniyyət sahəsində yaxın əməkdaşlıq var.

O, Azərbaycanda rus dilinin tədrisinə göstərilən qayğıya görə təşəkkür edib. Rusiya XİN başçısı bildirib ki, ali təhsil müəssisələri arasında da sıx əməkdaşlıq mövcuddur, Azərbaycanda Rusiya universitetlərinin filialları fəaliyyət göstərir.

Nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfərini xatırladaraq bildirib ki, bu səfər çox səmərəli olub: “Xanım Mehriban Əliyevanın səfəri çərçivəsində regionlararası və Gənclər forumu keçirilib. Regionlararası forumda 70-ə yaxın region iştirak edib”.

Nazir Gənclər forumunun gələcəkdə də təşkil olunmasının vacibliyini qeyd edib.

Beynəlxalq təşkilatlar səviyyəsində Rusiya-Azərbaycan əməkdaşlığından danışan S.Lavrov BMT, ATƏT, Qara Dəniz Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində iki ölkə arasında yaxın əməkdaşlığın olduğunu diqqətə çatdırıb.

“Biz Azərbaycanın qarşıdakı üç il müddətində Qoşulmama Hərəkatına sədrliyindən istifadə edərək Rusiyanın bu təşkilatla əlaqələrinin daha da yaxınlaşmasına çalışacağıq", - deyə S.Lavrov bildirib.

Turizm sahəsində əlaqələrə toxunan rusiyalı nazir bildirib ki, bu istiqamətdə uğurlu əməkdaşlıq var. Bu il Rusiyadan Azərbaycana gələn turistlərin sayının artıq 1 milyona yaxınlaşdığını qeyd edən Sergey Lavrov bunun yaxşı göstərici olduğunu qeyd edib. S. Lavrov bunu rusların Azərbaycana marağının olması ilə əlaqələndirib.

E.Məmmədyarovla görüşdə Xəzərin statusu ilə bağlı da müzakirələr apardığını qeyd edən rusiyalı nazir 5-ci Xəzər sammitinin nəticələri ilə bağlı oxşar mövqedə olduqlarını diqqətə çatdırıb.(apa)

Paylaş »
››› Azərbaycanlı həkim 6 milyon dollar mükafat aldı - Foto
››› Azərbaycanda xəstəxana yandı - Xəstələr təxliyə olundu
››› Azərbaycanda işdən çıxarılan məmur ölkədən qaçdı - Foto
››› Bakıda dəhşətli qəzada ölənlər tələbələr deyilmiş
››› Etiraz aksiyası: "EuroHome"da mağazaları yanan sahibkarlar yolu bağladılar - Video
Son xəbərlər
Bütün xəbərlər »