Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN başçısı: “Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlər bərpa olunmalıdır”
Lavrov

“Jurnalistlərin qarşılıqlı səfərlərini vacib hesab edirik. Bu təşəbbüsün müəlliflərindən biri də Rusiyadır”.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

S. Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşündə qeyri-formal sənəd ətrafında müzakirələr aparılıb: “Bu da humanitar əlaqələrin qurulmasını dəstəkləyirdi. Əhali və xalqlar arasında münasibətlərin qurulması vacibdir. İstənilən qərarı bu torpaqlarda yaşayan həm Ermənistan, həm Azərbaycan, həm də Dağlıq Qarabağın bütün əhalisi verməlidir. Jurnalistlər bu istiqaməti nə qədər çox işıqlandırsa, əldə etməyə ümid etdiyimiz hədəflər daha dayanaqlı olacaq. İcmalararası görüşlər əvvəllər də keçirilib və bərpa olunmalıdır. Bu perspektivli mövzudur. Dağlıq Qarabağın icmaları gələcək yaşayış barədə müzakirələr aparmalıdır”.(apa)

Paylaş »
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› Azərbaycanda dəhşət: Qəzada oğlunun öldüyünü zənn edən kişi dünyasını dəyişdi
››› "Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili
››› Dünyanın ən varlı insanları hansı bürcdəndir...
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
Son xəbərlər
Bütün xəbərlər »