Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Erməni KİV: Ter-Petrosyanın tərəfdarları hakimiyyətdə görünməyə başlayır
2018-12-18_195320

Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin üzvləri hakimiyyətə qayıdırlar.

“Past” qəzeti xəbər verir ki, Yerevanın Kentron inzibati rayonunun prefekti (icra başçısı) vəzifəsinə Avet Poqosyan təyin olunub.

Poqosyan ictimaiyyət arasında az tanınmış şəxs olsa da, siyasi dairələrdə vəziyyət bir az fərqlidir. Sözügedən şəxs Erməni Milli Konqresinin idarə heyətinin üzvü və fəal iştirakçısıdır. 2013-cü ildə Yerevanın Ağsaqqallar Şurasına seçkilərdə EMK siyahısında 8-ci nömrə altında iştirak edib.

Nəşrin məlumatına görə, Poqosyan Levon Ter-Petrosyan Paşinyanın komandasında vəzifəyə gətirilən növbəti kadrı olub.

Qeyd edək ki, bu məzmunda informasiya “Qraparak” qəzetində dərc olunub. Belə ki, qəzet Erməni Milli Konqresinin rəsmi saytında Poqosyanın adı idarə heyətinin üzvü kimi göstərildiyini bildirsə də, Yerevan meriyası onun partiyasız olduğunu açıqlayıb.

Paylaş »
››› Azərbaycanlı həkim 6 milyon dollar mükafat aldı - Foto
››› Azərbaycanda xəstəxana yandı - Xəstələr təxliyə olundu
››› Azərbaycanda işdən çıxarılan məmur ölkədən qaçdı - Foto
››› Bakıda dəhşətli qəzada ölənlər tələbələr deyilmiş
››› Etiraz aksiyası: "EuroHome"da mağazaları yanan sahibkarlar yolu bağladılar - Video
Son xəbərlər
Bütün xəbərlər »