Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin ABŞ-dan qisas almağın yollarını tapıb

Çin hakimiyyəti Sinszan avtonom bölgəyə gələ bilmək üçün ABŞ konqresmenləri və rəsmilərindən viza tələb edə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Global Times" qəzetinin redaktoru Xu Siszin məlumat yayıb.

Onun sözlərinə görə, bu yolla Çin Amerikalı məmurların "Sinszan" məsələsi ilə bağlı bəyanatına cavab verəcək. ABŞ-dan gələn bütün diplomatları da bu bölgəyə buraxılmaya bilər.

Xatırladaq ki, noyabrın əvvəlində ABŞ-ın Dövlət Katibi Mayk Pompeo Çinin müsəlman-uyğur qaydalarını pozduğunu qeyd edib. Hücumlara son qoyulmasını tələb edən Pompeo, Pekinin uyğurları öz istəyi ilə saxladığını bildirib. Qeyd olunub ki, bu qayda pozuntuları fəalların Dövlət Departamentinin vəzifəli şəxsləri ilə görüşməsindən sonra baş verib.

Qeyd edək ki, 2018-ci ilin avqust ayında insan hüquqları üzrə BMT milyona yaxın insanın Çinin Sinszan-uyğur bölgəsində, qapalı düşərgələrdə saxlanıldığını bildirib. Burada onlara yenidən tərbiyə verildiyi qeyd olunub. Deyilənə görə, burada insanlara zorla Çinin inqilab mahnılarını oxumağa, onlara doğma olmayan Çin dilində danışmağa məcbur edirlər. Bu düşərgələrdə saxlanılan və tərbiyə edilən insanlar işgəncələrə məruz qaldıqlarını etiraf ediblər.

Adelya

Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »