Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin Ermənistana qarşı hərbi əməliyyatlar planı: İrəvanda təşviş yarandı
turk_ordu_11

Türkiyə Silahlı Qüvvələrinin Ermənistana qarşı “Altay” kod adlı irimiqyaslı hərbi əməliyyatlar planının mövcud olması barədə İsveçdə mənzillənmiş “Nordic Monitor” saytında yayılmış sənədlər İrəvanda təşvişə səbəb olub.

Xarici işlər naziri Zöhrab Mnatsakanyan ötən gün iordaniyalı həmkarı Ayman əs-Safadi ilə İrəvanda keçirdiyi brifinqdə deyib ki, Ermənistan hakimiyyəti Türkiyənin hərbi əməliyyatlar planı ilə bağlı qalmaqallı məqalə ətrafında situasiyanı diqqətlə izləyir.

Məxfi sənəd

“Nordic Monitor” nəşrində yer alan məxfi sənədə əsasən 2016-cı ilin mayında Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının Əməliyyatlar İdarəsi tərəfindən Ankara ətrafındakı Akıncı hərbi hava bazasında aparılmış yoxlama zamanı Ermənistana qarşı 2001-ci ildə təsdiqlənmiş genişmiqyaslı hərbi əmliyyatlar planından bəzi hissələrin, o cümlədən “Oğuztürk” kod adı altında bu ölkəyə hava zərbələrinin endirilməsinə dair planının “yoxa çıxdığı” məlum olur.

“Nordic Monitor” nəşri İsveçə qaçmış fətullahçı jurnalist Abdulla Bozkurt tərəfindən təsis olunub və Türkiyə hakimiyyəti barədə müntəzəm olaraq məxfi sənədlər, telefon danışıqlarının deşifrəsini yayır. Türkiyə Baş qərargahı hələlik Ermənistana qarşı hərbi əməliyyatlar planının mövcudluğunu şərh etməyib.

Ermənistan xarici işlər naziri bildirib ki, o, “Nordic Monitor” nəşrində yer alan informasiyanı nə təsdiq, nə təkzib edə bilməz. “Bunu ilk növbədə Türkiyə etməlidir. Düzünü desəm hələlik Türkiyə tərəfindən heç bir reaksiya yoxdur”,-o deyib. Mnatsakanyanın sözlərinə görə, məsələnin Ermənistanda hədsiz narahatlıq doğurduğunu demək artıqdır. “Türkiyənin Azərbaycana hərbi dəstəyi, davam etməkdə olan blokada, bütün bunlar Ermənistana təhdid yaradır”,-o deyib.

EADaily nəşri isə bildirir ki, Ermənistan Müdafiə Nazirliyi və digər güc strukturları İsveç saytında dərc edilmiş məxfi materialları araşdırır. Bu haqda Ermənistan Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə bildirib. “Qəribə bu olardı ki, Türkiyənin belə hərbi planı mövcud olmasın”,-mənbə deyib.(Virtualaz.org)

Paylaş »
››› Əxlaqsız fotoları yayılan qadın siyasətçi özünə qəsd etmək istəyib - Foto
››› Azərbaycanlı həkim 6 milyon dollar mükafat aldı - Foto
››› Azərbaycanda xəstəxana yandı - Xəstələr təxliyə olundu
››› Azərbaycanda işdən çıxarılan məmur ölkədən qaçdı - Foto
››› Vanqanın Rusiya və Avropa haqda verdiyi proqnozlar...
Son xəbərlər
Bütün xəbərlər »