Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Donald Tramp Londona gedib

ABŞ prezidenti Donald Tramp NATO-nun sammitində iştirak etmək üçün Londona gedib.

Bu barədə "Reuters" bildirib.

Alyansın Böyük Britaniyanın paytaxtındakı sammiti dekabrın 3-dən 4-dək keçiriləcək. Sammitdə ittifaqın üzvü olan 29 ölkənin, həmçinin Şimali Makedoniyanın nümayəndələri iştirak edəcəklər.

"Axios" nəşrinin məlumatına görə, Tramp sammitdə Avropa müttəfiqləri tərəfindən müdafiə xərclərinin artımı faktını müzakirə etmək niyyətindədir.

Noyabrın sonunda məlum olub ki, Almaniya 2021-ci ildən NATO büdcəsinə Birləşmiş Ştatlar səviyyəsində ödəniş edəcək. AFR-ın payı hazırkı 14,8%-dən 16,35%-ə qədər artacaq. ABŞ-ın alyansın büdcəsində payı 22,1%-dən 16,35%-ə qədər azalacaq.

Qeyd edək ki, NATO ölkələri ümumilikdə 2024-cü ilədək müdafiə xərclərini artırmaq niyyətindədir. Alyans ölkələrinin yenilənmiş planlarına əsasən 2024-cü ilədək NATO-nun məcmu hərbi xərcləri 400 milyard dollar artacaq.(report)

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »